KTMT iclasının təxirə salınması Nikol Paşinyana sərt dəstəkdir.
Eurasia Diary xəbər verir ki, bunu Ermənistanın Sasna Çrer Partiyasının rəsmi nümayəndəsi Stepan Qriqoryan deyib.
“Putin iclası təxirə salmaqla Paşinyanı dəstəkləməyə cəhd etdi. Aydındır ki, dekabrın 6-də Ermənistan hökuməti KTMT baş katibi məsələsini öz xeyrinə həll etməyə ümid edirdi, lakin bunun baş tutmayacağı ilə bağlı fikir mövcud idi. Bu, Paşinyanın seçkiqabağı reytinqinə böyük təsir göstərə bilərdi. Bu isə Putini də qane etmir”, – deyə o bildirib.
Qeyd edək ki, KTMT-nin 6 dekabrda Sankt-Peterburqda baş tutacaq toplantısında baş katib məsələsinin müzakirə ediləcəyi gözlənilirdi. Lakin Paşinyan Putinin iclası təxirə saldığını açıqlayıb.