Pakistanda sərnişin və yük qatarları toqquşub, 9 nəfər ölüb, 67 nəfər yaralanıb - VİDEO | Eurasia Diary - ednews.net

16 İyul, Çərşənbə axşamı


Pakistanda sərnişin və yük qatarları toqquşub, 9 nəfər ölüb, 67 nəfər yaralanıb - VİDEO

Dünya A- A A+

Pakistanın şimal-şərqində yerləşən Pəncəb əyalətində sərnişin və yük qatarları toqquşub.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 9 nəfər həlak olub, 67 nəfər yaralanıb.

Yerli hökumət rəsmilərinin sözlərinə görə, Rəhimər-Xan şəhəri ərazisində hərəkətdə olan sərnişin qatarı tam sürətlə dayanmış vəziyyətdə olan yük qatarına çırpılıb.

Yaralılardan 11-nin uşaq olduğu bildirilir. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...