Türkiyə Şərqi Türküstana dəstək vermədi ŞOK

Dünya 17:36 15.07.2019

Əksəriyyətini qərb ölkələri təşkil edən onlarca ölkə, Çinə ortaq bir məktub göndərərək Şərqi Türküstandakı həbs düşərgələrində zorla saxlanılan uyğurların dərhal sərbəst buraxılması üçün müraciət edib.

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komissiyasında yazılan müraciət məktubu bir ilkdir.

Qərbli diplomatlar aralarında Avstraliya, Yeni Zelandiya, Kanada, Yaponiya, İngiltərə, Fransa, Almaniya, İsveç, Latviya, Litva, Estoniya, Danimarka, Norveç, Şimali İrlandiya, Hollandiya, İslandiya, Lüksemburq, İspaniya, Avstriya, İrlandiya, Belçika və İsveçrə də olmaqla 22 ölkənin səfirləri tərəfindən imzalanan 8 iyul tarixli məktubun Şərqi Türküstan ilə əlaqədar olaraq ortaq və aydın bir münasibət olduğunu ifadə edib.

Məktuba nəzər yetirən avropalı səfir, “Bu rəsmi bir addımdır, çünki BMT-nin İnsan Hüquqları Şurasının rəsmi bir sənədi olaraq yayınlayacaq” deyə bildirib.

Eurasia Diary xəbər verir ki, Şərqi Türküstan Milli Məclisinin sədri Seyit Tümtürk sosial media hesabında bu hadisə ilə bağlı "Şərqi Türküstanda həbs düşərgələrinin bağlanması üçün imza atan 22 ölkə arasında nə Türk, nə də İslam ölkəsi var!" deyib.

“Nəhəng həbs düşərgələri və qanundankənar həbsdən narahatlıq duyuruq.”

Məktubda nəhəng həbs düşərgələrindəki qanunsuz həbslərdən və digər azlıqlarla birgə, xüsusilə də uyğurları hədəfləyən geniş monitorinq, nəzarət və məhdudiyyətlərdən narahatlıq hissi keçirdiyini dilə gətirib.

22 ölkənin ortaq məktubunda bu ifadələrə yer verilib:

“Çini qanunlara uymağa, beynəlxalq öhdəliklərini yerinə yetirməyə, Sincan (Şərqi Türküstan) və Çin daxilində din və inanc azadlıqları da daxil olmaqla insan hüquqlarına və əsas azadlıqlara hörmətlə yanaşmağa səsləyirik.

Çini Sincanda (Şərqi Türküstan) Uyğur Türkləri və digər müsəlman toplumlara mənsub azlıqları özbaşına həbslərdən, azad gəzmək haqlarını əllərindən almaqdan uzaq durmağa dəvət edirik.”

Ayrıca olaraq Çinə göndərilən məktubda imzası olan 22 dövlət, Pekin rəhbərliyindən, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçeletin də daxil olacağı beynəlxalq müstəqil ekspertlər heyətinə Şərqi Türküstana “tam giriş” icazəsi verməsini istəyib.

Həbs düşərgələri

Çinin dünyaya təlim mərkəzi olaraq bildirdiyi həbs düşərgələrində ABŞ Xarici İşlər Nazirliyinin məlumatlarına görə təxminən 3 milyon uyğur türkü zorla saxlanılır.

Diaspordakı uyğurlar, assimilyasiya və mədəni soyqırımı olaraq təyin etdikləri həbs düşərgələrinə aparılan insanların uşaqlarının əllərindən alındığını və bir daha görə bilmədiklərini ifadə edirlər.

Minlərlə uyğur uşaq ailələrindən ayrılmış vəziyyətdədir.

Həbs düşərgələrinə aparılanların böyük bir hissəsindən bir daha xəbər alınmır. (Euronews Türkçe) 

Nəzərli Aysu

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı