Avropa İttifaqı (Aİ) Türkiyə nümayəndəliyinin rəhbəri səfir Kristian Berger Ərbildə Türk Konsulluğu əməkdaşının terror hücünu zamanı qətlə yetirilməsi ilə bağlı başsağlığı verib.
Eurasia Diary xəbər verir ki, səfir "tvitter" hesabından verdiyi açıqlamada Türkiyənin yanında olduqlarını bəyan edib:
"Ərbildə Türkiyə Konsulluğunun bir əməkdaşının öldürüldüyünü eşitməkdən dərin bir üzüntü keçiririk. Qəlbən və bütün dualarımızla Türkiyənin və mərhumun ailəsinin, sevənlərinin yanında olduğumuzu bildiririk".