Yaponiyanın Kioto şəhərindəki animasiya studiyasında baş vermiş yanğın zamanı 10 nəfər ölüb.
“Kiodo” agentliyi xəbər verir ki, yanğın zamanı ümumilikdə 40 nəfərə yaxın adam xəsarət alıb.
Onlardan 10-u ağır vəziyyətdədir.
Şahidlərin sözlərinə görə, yanğından əvvəl partlayış səsləri eşidiblər. Polis yanğının qəsdən törədildiyini ehtimal edir.(oxu.az)