Ərdoğan Yıldırımı yüksək vəzifəyə gətirir | Eurasia Diary - ednews.net

20 Noyabr, Çərşənbə


Ərdoğan Yıldırımı yüksək vəzifəyə gətirir

Dünya A- A A+

Türkiyənin sabiq baş naziri Binəli Yıldırım və keçmiş parlament sədri Bülənt Arınçın yeni vəzifəyə təyin olunacağı barədə məlumat yayılıb.

Eurasia Diary xəbər verir ki, İstanbulda keçirilən bələdiyyə seçkisində CHP-nin namizədi Əkrəm İmamoğluna məğlub olan Yıldırım üçün yeni postun da müəyyən edildiyi bildirilib.

Məlumata görə, sabiq baş nazir hakimiyyətin iki nömrəli kürsüsünə əyləşəcək. Prezident Rəcəb Tayyib Ərdoğanın Binəli Yıldırımın baş köməkçisi vəzifəsinə hazırlaşdırılması barədə təlimat verdiyi önə sürülüb.

Prezidentin digər köməkçisi vəzifəsinə təyin ediləcək digər şəxs isə Bülənt Arınçdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...