Avstraliya 5 milyona yaxın insanın yaşadığı Sidneydəki bıçaqlı hücumla sarsılıb. Yerli xalqın arasına girərək bir nəfəri yaralayan təcavüzkara stul və süd kassası ilə müdaxilə edilib.
Eurasia Diary moderator.az-a istinadan xəbər verir ki, insanların sıx olduğu küçəyə girərək bir nəfəri bıçaqlayan təcavüzkar ətrafdakılar tərəfindən yaxalanaraq zərərsiz hala gətirilib.
Yaralanan qadının vəziyyətinin normal olduğu, hücumun səbəbinin isə hələlik bilinmədiyi bildirilib.