Putin 233 nəfərin həyatını xilas edən Dəmirə Rusiya Qəhrəmanı adı verib | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


Putin 233 nəfərin həyatını xilas edən Dəmirə Rusiya Qəhrəmanı adı verib

Dünya A- A A+

Prezident Vladimir Putin A321 təyyarəsini Moskva ətrafında qarğıdalı tarlasına endirmiş “Ural Hava Yolları”nın pilotlarını Rusiya Qəhrəmanı adına layiq görüb.

Eurasia Diary Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Prezidentin imzaladığı fərmana əsasən, hava gəmisinin komandiri Dəmir Yusupov və ikinci pilot Georgi Murzin Rusiya Qəhrəmanı fəxri adı, digər heyət üzvləri isə "İgidlik" ordeni ilə təltif olunublar.

Xatırladaq ki, göyərtəsində 226 sərnişin və 7 heyət üzvü olan A321 Moskva-Simferopol reysini yerinə yetirirdi. Təyyarə havaya qalxdıqdan dərhal sonra qağayı sürüsü ilə toqquşub. Quşların mühərriklərə düşməsi onların işində nasazlıq yaradıb. Pilotlar Ramensk rayonunun Rıbınsk kəndi yaxınlığındakı qarğıdalı tarlasına təcili eniş etmək qərarına gəliblər. Təyyarə yığılmış şassilər və sönmüş mühərriklərlə uğurlu eniş edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...