Obama, Zukemberq və Bil Geyts Ermənistana səfər edəcəklər - Səbəb... | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


Obama, Zukemberq və Bil Geyts Ermənistana səfər edəcəklər - Səbəb...

Dünya A- A A+

ABŞ-ın keçmiş prezidenti Barak Obama, Feysbuk sosial şəbəkəsinin təsisçisi Mark Zukerberq, “Microsoft” şirkətinin qurucusu Bill Qeyts Ermənistana səfər edəcək.

Eurasia Diary xəbər verir ki, “Jamanak” qəzeti adıçəkilən şəxslərin Ermənistanda oktyabrın 6-dan 9-na qədər informasiya texnologiyaları üzrə WCIT 2019- sammitində iştirak edəcəyini yazıb.

Nəşr 70 ölkədən 2500 nümayəndənin qatılacağı forumda iştirakçıların xərclərini sponsorların öz üzərinə götürdüyünü qeyd edib. Politoloq Suren Sarkisyanın sözlərinə görə, təkcə Obamanın səfər xərci 450-800 min dollara başa gəlir.

Ermənistan vətəndaşları üçün bir biletin qiyməti 400, başqa ölkələr vətəndaşları üçün isə 600 dollar təşkil edəcək.

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...