ABŞ artıq uzun zamandır yaxın və orta mənzilli raketlərin ləğvi razılaşması çərçivəsində qadağan edilmiş silahların yaradılması ilə məşğuldur.
Eurasia Diary xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. O, ABŞ-ın dünyanın müxtəlif regionlarında əvvəllər qadağan edilmiş raketlərin yerləşdirilməsi üçün bu razılaşmadan çıxdığını deyib:
“Amerikalılar Rusiyanın guya bu razılaşmaya əməl etməməsiylə bağlı təbliğat kampaniyasını hazırladılar. Hər kəsə indi aydındır ki, yeganə hədəf Vaşinqtonun razılaşmanı pozaraq həyata keçirdiyi işləri gizlətmək olub”.