Tramp Çinə ağır zərbə vurdu | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


Tramp Çinə ağır zərbə vurdu

Dünya A- A A+
Oktyabrın 1-dən etibarən ABŞ 250 milyard dollarlıq Çin mallarına olan rüsumu nəzərdə tutulduğu kimi 25 deyil, 30% artıracaq.
 
Eurasia Diary xəbər verir ki, bu barədə Donald Tramp özünün “Twitter” hesabında yazıb.
 
Amerikalı lider, həmçinin bildirib ki, sentyabrın 1-dən Çindən idxal edilən 300 milyard dollar həcmində olan mallara qoyulan rüsum 10 deyil, 15 % artırılacaq.
 
"Çin 75 milyard  dollarlıq (həcmində) mallara yeni tariflər tətbiq etməməli idi", - deyəTramp yazıb.
 
Xatırladaq ki, Pekin 75 milyard dollarlıq Amerika idxalına 5 və 10 % əlavə cavab rüsumlarının tətbiqini elan etmişdi. Onlar ABŞ-ın yeni sanksiyaları ilə eyni vaxtda – 1 sentyabr və 15 dekabrda qüvvəyə minəcək.(oxu.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...