Səudiyyə Ərəbistanının vəliəhdi Putinlə neft obyektlərinə hücumu müzakirə edib | Eurasia Diary - ednews.net

20 Oktyabr,


Səudiyyə Ərəbistanının vəliəhdi Putinlə neft obyektlərinə hücumu müzakirə edib

Dünya A- A A+

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səudla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.  

Eurasia Diary-nin "apa"ya istinadən" verdiyi xəbərə görə, telefon danışığı barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, V. Putin və Məhəmməd bin Salman Səudiyyə Ərəbistanındakı neft emalı zavodlarına edilən hücumu müzakirə ediblər. 

"Rusiya Prezidenti baş vermiş hadisənin dəqiq və obyektiv araşdırılmasının vacibliyini vurğulayıb. Bundan başqa Putin və Əl-Səud neft-qaz bazarındakı vəziyyəti, OPEC+ həyata keçirdiyi sövdələşmələrin gedişatını və Rusiya prezidentinin Səudiyyə Ərəbistanı Krallığına səfərini müzakirə ediblər”,- deyə Kremlin yaydığı məlumatda qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...