Ukraynanın Baş Hərbi Prokurorluğu Gürcüstanın eks-prezidenti və Odessanın sabiq qubernatoru Mixail Saakaşvilinin 2018-ci ildə oğurlanması və deportasiya edilməsi ilə bağlı cinayət işi açıb.
Eurasia Diary yerli KİV-ə istinadən bildirir ki, 2018-ci ilin əvvəlində Saakaşvili ölkəyə girişinin qadağan edilməsinə rəğmən Ukraynaya geri dönüb. Sərhədi tərəfdarları vasitəsilə keçdikdən bir neçə gün sonra Saakaşvili kafelərdən birində Ukrayna xüsusi təyinatlıları tərəfindən ələ keçirilərək, ölkədən çıxarılıb və Polşaya göndərilib.
Saakaşvili Ukraynanın keçmiş lideri Petro Poroşenkonun şəxsi sifarişi əsasında qaçırıldığını və ölkədən qanunsuz çıxarıldığını iddia edir.
O, daha əvvəl Ukraynanın Baş prokuroruna müraciət etmək niyyətində olduğunu bəyan etmişdi. (virtualaz.org)