Rusiya XİN Türkiyənin Suriyada apardığı əməliyyatlarla bağlı bəyanat yayıb | Eurasia Diary - ednews.net

17 Oktyabr, Cümə axşamı


Rusiya XİN Türkiyənin Suriyada apardığı əməliyyatlarla bağlı bəyanat yayıb

Dünya A- A A+

Rusiya Xarici işlər Nazirliyi (XİN) Türkiyə ordusunun Suriyanın şimalında apardığı hərbi əməliyyatlarla bağlı bəyanat yayıb.

Eurasia Diary-nin Moskva müxbirinin xəbərinə görə, bəyanatda bildirilib ki, son günlər Türkiyə ordusunun Suriyanın şimalında apardığı hərbi əməliyyatlar ciddi narahatlıq doğurur.

Rusiya XİN bütün tərəfləri maksimal dərəcədə səbrli olmağa, atılacaq addımları dəqiqləşdirməyə, Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırıb.

“Türkiyənin təhlükəsizliyini təmin etmək üçün terrorçularla mübarizəsinin vacibliyini şübhə altına qoymuruq” – deyə bəyanatda qeyd olunub.

Bəyanatda o da bildirilib ki, qeyd olunan bölgədə sülh və sabitlik ancaq Türkiyə, Suriya hökuməti və kürdlər arasında dialoq vasitəsi ilə təmin oluna bilər: “Moskva bu cür dialoqa vasitəçilik etməyə hazır olduğunu təsdiqləyir”. (apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...