Tunisin yeni prezidenti məlum oldu | Eurasia Diary - ednews.net

16 Noyabr, Şənbə


Tunisin yeni prezidenti məlum oldu

Dünya A- A A+

Tunisdə prezident seçkilərinin ikinci mərhələsinin qeyri-rəsmi nəticələri açıqlanıb.

Eurasia Diary İHA-ya istinadən xəbər verir ki, “Sigma” monitorinq şirkətinin açıqladığı rəqəmlərə görə, bitərəf namizəd Qeys Səid səslərin 76 faizini qazanıb.

Onun ən böyük rəqibi, Tunisi Qəlbi Partiyasının rəhbəri Nebil Karvi isə 23 faiz səs toplayıb.

Tunis Ali Seçki Komissiyası səsvermədə 7 milyon 155 min nəfərin iştirak etdiyini açıqlayıb. Bu isə ümumi seçicilərin 57,8 faizidir.

Qeyd edək ki, birinci mərhələdə Qeys Səid 18,4 faiz, Nebil Kervi isə 15,6 faiz səs qazanmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...