Almaniyada şaxtada baş vermiş partlayışın təfərrüatı məlum olub.
Eurasia Diary-nin Almaniya mediasına istinadən verdiyi xəbərə görə, partlayış Saksoniya-Anhalt federal torpağında yerləşən mədəndə qeydə alınıb.
Qəza zamanı şaxtada 38 nəfər olub. Xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.
Əvvəlcə insanların ətraf aləmdən təcrid olunduğu deyilsə də, onlar təhlükəsiz yeraltı sığınacaqlara yerləşdirilib.
Hadisə yerində xilasedicilər çalışır.
Partlayışın baş vermə səbəbi hələlik məlum deyil.(apa)
***
Almaniyada şaxtada partlayış olub.
Eurasia Diary-nin məlumatına görə, yerli media yazır ki, partlayış nəticəsində 2 nəfər yaralanıb, 30 nəfər ətraf aləmdən təcrid olunmuş vəziyyətdədir.
Hadisənin detalları dəqiqləşdirilir.(apa)