Ötən gün axşam saatlarında İranın bir sıra şəhərlərində benzinin qiymətinin bahalaşmasına etiraz aksiyaları keçirilib.
Eurasia Diary xəbər verir ki, bu barədə İRNA yazıb.
Məlumata görə, kiçikmiqyaslı etirazlar İranın Məşhəd, Şiraz, Bircənd, Əhvaz və bir sıra digər şəhərlərində keçirilib. Sircan bölgəsində etirazçılar yerli neft anbarını yandırmağa çalışsa da polis əməkdaşları bunun qarşısını alıb.
Xatırladaq ki, İranda kvotadan artıq satılan benzinin qiyməti 3 dəfə bahalaşıb. İranda bundan öncə kvotadan artıq satışa çıxarılan benzinin qiyməti 1000 tümən idi. Hər bir avtomobil sahibi ayda 60 litrə qədər kvota ilə benzin ala bilər.
***
Benzinin qiymətinin bahalaşmasına etiraz olaraq İranın Kirman əyalətinin Sircan şəhərində keçirilən etiraz aksiyasında bir nəfər ölüb.
Bu barədə İRNA agentliyi məlumat yayıb.
Onun odlu silahdan açılan atəş nəticəsində öldürülüb-öldürülmədiyi araşdırılır.