Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-ci ilin mayın 9-da Moskvada qələbənin 75 illiyi münasibəti ilə keçirilməsi planlaşdırılan paradda iştirak edə bilər.
Eurasia Diary axar-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Ankaradakı attaşesi İrina Qasımova deyib.
O bildirib ki, Qızıl meydanda keçiriləcək tədbir üçün Ərdoğana dəvətnamə göndərilib: "Türkiyə Prezidentinə dəvətnamə göndərildi. Qərarı gözləyirik, Türkiyə tərəfindən hələlik bir cavab gəlməyib".
Qeyd edək ki, Moskvada keçirilən sözügedən paradda bu günə qədər heç bir türk lider iştirak etməyib.
Ərdoğan dəvəti qəbul edərsə, almanlar üzərindəki qəbələ münasibəti ilə keçirilən parada qatılan ilk türk lider olacaq.
Ərdoğan 2015-ci ildə də sözügedən parada dəvət edilmişdi.
Lakin onu paradda Türkiyənin Moskvadakı səfiri Ümid Yardım təmsil etmişdi.