ABŞ Prezidenti Donald Trampla Rusiya Xarici İşlər naziri Sergey Lavrovun görüşünün təşkili üzərində çalışırıq.
Eurasia Diary xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert Obrayen deyib.
“Siz gözləməli olacaqsınız. Düşünürəm ki, bunun baş verməsiylə bağlı ehtimal var. Bunun üzərində çalışırıq”, – deyə o bildirib.
Qeyd edək ki, dekabrın 10-da Sergey Lavrov ABŞ-a səfər edəcək. Səfər çərçivəsində o, ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşəcək.