İran Britaniya ilə münasibətləri konsulluq səviyyəsinə endirir | Eurasia Diary - ednews.net

23 Fevral,


İran Britaniya ilə münasibətləri konsulluq səviyyəsinə endirir

Dünya A- A A+

İran parlamentinə Tehran və London münasibətlərinin səviyyəsinin azaldılmasına dair layihə təqdim edilib.

Eurasia Diary-nin Apa-ya istinadən məlumatına görə, 23  deputatın imzaladığı layihə bu gün İran parlamentinin Rəyasət Heyətinə təqdim olunub.

Parlamentdə müzakirəyə çıxarılacaq layihədə İran və Böyük Britaniya arasında diplomatik əlaqələrin  konsulluq səviyyəsinə endirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bir müddət öncə Britaniya səfiri İranda keçirilən etiraz aksiyasının təşkilində və aksiyada iştirakda günahlandırılıb. İran bununla əlaqədar Britaniyaya iki etiraz notası göndərib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...