Rusiyanın Belqorod vilayətindən miqrantlar deportasiya edilib.
Eurasia Diary Belgorodtv.ru-a istinadən xəbər verir ki, Federal Xidmət İdarəsindən verilən məlumata görə qanunu pozan 182 miqrant arasında azərbaycanlılar da olub.
Miqrasiya qanunvericiliyini pozan həmin şəxslər ölkə ərazisindən deport olunublar.
Onlar məhkəmə icraçılarının nəzarəti altında Moskva və Voronej hava limanından ölkələrinə göndəriliblər.(virtualaz.org)