"Lukoil" SOCAR-la yeni layihələr üzrə saziş bağlamağı planlaşdırır | Eurasia Diary - ednews.net

29 Mart,


"Lukoil" SOCAR-la yeni layihələr üzrə saziş bağlamağı planlaşdırır

Dünya A- A A+

Rusiyanın ən böyük özəl neft-qaz şirkəti olan “LUKOIL” SOCAR ilə Xəzər dənizində yeni birgə layihələr üzrə saziş bağlamağı planlaşdırır.

Eurasia Diary Rusiyanın tass agentliyinə istinadən verdiyi məlumata görə, bu haqda Davosda müxbirlərə müsahibəsində "Lukoil" in rəhbəri Vahid Ələkbərov deyib.

Onun sözlərinə görə,  Naxçıvan bloku və Abşeronun şimalında keçid zonası adlanan dəniz bloku kimi layihələrin müzakirələri gedir. O, əlavə edib ki,  geoloqlar həmin zonaların perspektivli olduqlarına inanırlar.

"SOCAR və mən indi iş barədə danışıqlar aparacağıq. Sazişin bu gün forum çərçivəsində imzalanması ehtimalı var", - deyə V. Ələkbərov bildirib.

Qeyd edək ki, dünən Azərbaycan prezidenti İlham Əliyev və Vahid Ələkbərov Davosda "Naxçıvan" və "Qoşadaş" yataqlarının "Lukoil" şirkəti ilə birgə işlənilməsi məsələsini müzakirə ediblər.(apa economics)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...