Bu gün saat 13:51-də Türkiyənin paytaxtı Ankarada 3.9 bal gücündə zəlzələ baş verib.
Eurasia Diary xəbər verir ki, zəlzələnin dərinliyi 5 kilometr olub. Zəlzələdən az sonra saat 14:00-da eyni ərazidə 3.3 bal gücündə daha bir zəlzələ baş verib.
Qeyd edək ki, yanvarın 23-də Ankaranın Kazan rayonunda 4.4 bal gücündə zəlzələ olmuşdu.