Türkiyə İtaliya və İspaniyaya tibbi yardım göndərdi | Eurasia Diary - ednews.net

28 May, Cümə axşamı


Türkiyə İtaliya və İspaniyaya tibbi yardım göndərdi

Dünya A- A A+

Türkiyə koronavirusdan ən çox zərər çəkmiş ölkələrdən olan İtaliya və İspaniyaya yardım göndərib.

EdNews “Anadolu”ya istinadən xəbər verir ki, yardımı ölkənin Milli Müdafiə Nazirliyi gerçəkləşdirib.

“Milli Müdafiə Nazirliyinə aid fabriklərində yerli və milli imkanlarla istehsal edilən müxtəlif tipdə maska, tibbi geyim və antibakterial mayedən ibarət tibbi məhsullar COVID-19 ilə

mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinə aid təyyarə ilə İtaliya və İspaniyaya göndəriləcək”.

Qeyd edək ki, yardım göndərən təyyarə Etimesqut hərbi hava bazasından artıq yola düşüb. 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...