Dünya Səhiyyə Təşkilatı: - Tacikistanda koronavirus yoxdur | Eurasia Diary - ednews.net

25 May, Bazar ertəsi


Dünya Səhiyyə Təşkilatı: - Tacikistanda koronavirus yoxdur

Dünya A- A A+

Dünya Səhiyyə Təşkilatının (DST) Tacikistandakı nümayəndəsi Qalina Perfilyova bu ölkədə COVID-19 virusunun olmadığını təsdiqləyib və əhalini gigiyenaya əməl etməyə, insanların kütləvi toplandığı yerlərdən uzaq durmağa çağırıb. 

 
EdNews Toçikiston telekanalına istinadla xəbər verir ki, DST nümayəndəsinin sözlərinə görə, hazırda bütün dünya yeni koronavirusla mübarizə aparır, yoluxma halları demək olar ki, bütün ölkələrdə müşahidə edilir. Tacikistan və Türkmənistan regiondakı 55 ölkə arasında COVID-19 qeydə alınmayan yeganə dövlətlərdir.

Perfilyova indiyə qədər respublikada 700-dən çox koronovirus testi həyata keçirildiyini və bütün nəticələrin mənfi olduğunu deyib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi DST-nin bu testlərə etibar etməsindən rəsmən əmin olması məqsədilə materialları Moskva və Londona göndərib və təkrar analizlər də mənfi nəticələnib. (azərtac)

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...