Ter-Petrosyan müxalifəti “xain” adlandırdı

Dünya 14:11 09.04.2020

Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan bu ölkədə koronavirus epidemiyası şəraitini fürsət bilib siyasi xal qazanmaq istəyən və hökuməti tənqid edən müxalifəti “müharibə zamanı xəyanət edənlərlə” eyniləşdirib.

EDNews.net xəbər verir ki, Ter-Petrosyan bu barədə ilur.am saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan koronavirusun yayılmasına görə müharibə vəziyyətindədir. Ter-Petrosyanın qiymətləndirmələrinə görə hətta bu müharibə adi, ənnəvi müharibələrdən də betərdir, təhlükəlidir. Keçmiş prezidenti hakimiyyətin epidemiya şəraitində fəaliyyətini yüksək qiymətləndirib, xüsusən fövqəladə vəziyyət komendaturalarının və Səhiyyə Nazirliyinin işini tərifləyib.

O, şikayətlənib ki, hakimiyyətin bütün sutka boyu gərgin işləməsinə baxmayaraq “dahilərin”, təxribatçıların və bədxahların böyük ordusu əllərindəki çoxsaylı KİV-lərlə hakimiyyətə qarşı ikinci cəbhə açıb.

Ter-Petrosyanın mövqeyinə görə, belələri faydalı məsləhətlər və konstruktiv təkliflər adı altında əslində nifrət və düşmənçilik səpələyirlər. O hesab edir ki, hökumətin tənqidçiləri əsasən kömək eləmək yox, indiki vəziyyətdən istifadə edib siyasi dividendlər qazanmaq məqsədi güdür.

“Əgər adi hallarda bu normal sayılırsa indi müharibə vaxtı xəyanət etməklə eynidir”,-Ter-Petrosyan bildirib. O, cəmiyyəti bütün təbliğati və tərbiyəvi metodlarla fövqəladə vəziyyət komendaturalarının  və Səhiyə Nazirliyinin tələblərini ciddi şəkildə yerinə yetirməyə məcbur etməyə çağırıb.

Levon Ter-Petrosyan habelə müxalifəti “hakimiyyətə qarşı nifrət və etimadsızlıq toxumu səpəməkdən çəkinməyə” , onu hakimiyyətə yönəlmiş tələblərini sonraya saxlamağa çağırıb. O, ümid edir ki, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan öz nəzarətlərindəki KİV-lərə hakimiyyətə qarşı “quduz kampaniyanı dayandırmaq” əmri verəcəklər.

Eyni zamanda Ter-Petrosyan hökuməti 2016-cı il aprel döyüşlərini araşdıran parlament komissiyasının işini dondurmağa çağırıb. Bildirib ki, bu komissiya yersiz əsəbiliyə və ölkədə onsuz da gərgin olan atmosferin gərginləşməsinə səbəb olur.

Ter-Perosyanın fikrincə, indiki vaxtda antiepidemioloji tədbirlərə və ondan irəli gələn sosial problemlərə dair fərdi məsləhətləri publik şəkildə ifadə etməyin yeri deyil. Belə təklifləri fövqəladə vəziyyət komendaturalarına yönəltmək lazımdır. Komendatura isə daxil olan təklifləri araşdırmaq, onların nə dərəcədə məqsədəuyğun olmasını qiymətləndirmək üçün xüsusi qrup yaratmalıdır.(virtualaz.org)

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı