ABŞ-da nümayişçilər Ağ Evə yürüş etdilər - FOTOLAR | Eurasia Diary - ednews.net

4 İyul, Şənbə


ABŞ-da nümayişçilər Ağ Evə yürüş etdilər - FOTOLAR

Dünya A- A A+

ABŞ-ın Minnesota əyalətində polis tərəfindən tutularkən öldürülən qaradərili Corc Floyd üçün Vaşinqtonda təşkil edilən etirazda nümayişçilərlə polis arasında qarşıdurma baş verib.

EDNews.net “TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin ən işlək küçələrindən biri olan “U Street”də toplaşan təxminən 300 nümayişçi Floyd üçün ədalət tələb edib.

Sayları artan qruplar geniş təhlükəsizlik tədbirləri altında Ağ Evə yürüş edib. Etirazçılar “Floyd üçün ədalət”, “Ədalət, dərhal indi”, “Qaraların həyatı vacibdir”,

“Nəfəs ala bilmirəm”, “Qaradərili seçicilər vacibdir”, “Polis qaraları öldürməyi dayandırsın” şüarlarını səsləndiriblər.(qafqazinfo)

 

 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...