Kardaşyanın bacısının saxtakar olduğu üzə çıxdı | Eurasia Diary - ednews.net

4 İyul, Şənbə


Kardaşyanın bacısının saxtakar olduğu üzə çıxdı

Dünya A- A A+

Erməni əsilli milyonçu Kayli Cennerin bütün dünyanı aldatdığı ortaya çıxıb.

Bu barədə “Forbes” jurnalı məlumat yayıb. Məhz bu saxtakarlığa görə jurnal amerikalı model Kayli Cenneri dünyanın ən gənc milyarderi statusundan azad edib.

Jurnalın nümayəndələri Cennerə məxsus olan kosmetika firmasının əslində deyildiyi qədər qazanc əldə etmədiyini, rəqəmlərin şişirdildiyini açıqlayıb. Bundan sonra vergi və hüquq mühafizə orqanları erməni əsilli milyonçunun saxtakarlığını üzə çıxarmaq üçün hərəkətə keçib.

Kayli Cenner isə “Twitter” hesabında məsələ ilə bağlı fikirlərini belə ifadə edib:

“Bu, məni narahat etmir. Gözəl həyatım və övladım var”.

Xatırladaq ki, Kayli Cenneri model Kim Kardaşyanın bacısıdır. (yenisabah.az)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...