Moskva heç vaxt ABŞ-ın daxili işlərinə qarışmayıb - Kreml | Eurasia Diary - ednews.net

16 İyul, Cümə axşamı


Moskva heç vaxt ABŞ-ın daxili işlərinə qarışmayıb - Kreml

Dünya A- A A+

“Kremldə ABŞ-dakı iğtişaşları diqqətlə izləyirlər və baş verənləri onların daxili işi hesab edirlər. Moskva heç vaxt ABŞ-da baş verənlərə qarışmayıb, indi də qarışmağa hazırlaşmır”.

EDNews.net-in  verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz, sözsüz ki, ABŞ-da baş verənləri çox diqqətlə izləyirik. Lakin baş verənlər onların daxili işidir. Biz heç vaxt ABŞ-ın daxili işlərinə qarışmamışıq, indi də qarışmağa hazırlaşmırıq", - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın sabiq Prezidenti Barak Obamanın milli təhlükəsizlik üzrə müşaviri olmuş Syuzan Rays CNN-ə müsahibəsində ABŞ-da polisin qaradərili Corc Floydu öldürməsindən sonra baş verən iğtişaşlarda Rusiyanın əlinin olduğunu bildirib.(apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...