ABŞ-da 10 minə yaxın etirazçı saxlanılıb | Eurasia Diary - ednews.net

10 İyul, Cümə


ABŞ-da 10 minə yaxın etirazçı saxlanılıb

Dünya A- A A+

ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsi ilə bağlı etiraz aksiyalarının gedişində 9,8 mindən çox insan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

EDNews.net  “CNN”ə istinadla xəbər verir ki, hazırda 9 813 etirazçı polis tərəfindən saxlanılaraq təcridxanalara aparılıb.

Qeyd olunub ki, təkcə Hyuston şəhərində 200, Los-Anceles şəhərində 2 500-dən çox, Nyu-York şəhərində isə 1 500 etirazçı həbs edilib.

Qeyd edək ki, qarışıqlıqlara səbəb polisin zorakılığı nəticəsində afroamerikalı Corc Floydun həlak olmasıdır. Kütləvi iğtişaşlar səbəbindən Vaşinqton və Nyu-York da daxil olmaqla, ölkənin təxminən 40 şəhərində komendant saatı tətbiq olunub.

Pentaqon ABŞ paytaxtının ətrafında 1,6 minə yaxın hərbçi yerləşdirildiyi barədə məlumat yayıb.(report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...