ABŞ Çin aviaşirkətlərinə qadağa qoyub

Dünya 16:41 04.06.2020
Rəsmi Pekin Çinin mülki aviasiya şirkətlərinin ABŞ-a uçuşlar həyata keçirməsinə qoyulan qadağanı pisləyib.
 
Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien ölkəsinin bu qərardan böyük təəssüf hissi keçirdiyini bildirərək, Vaşinqtonu iki dövlət arasında sərnişin daşınmasına əngəl yaratmamağa çağırıb. O, Çin tərəfinin ABŞ aviasiya şirkətlərinə məhdudiyyətlər tətbiq etməsi ilə bağlı məsələyə aydınlıq gətirərək deyib ki, Çin Mülki Aviasiya Administrasiyası xaricdən COVID-19 infeksiyasının ölkəyə axınının qarşısını almaq üçün mart ayından etibarən xarici aviaşirkətlərin Çinə uçuşlarını əhəmiyyətli dərəcədə azaldıb. Hazırda xarici aviaşirkətlərin hər biri öz ölkəsindəki yalnız bir hava limanından Çində yalnız bir təyinat nöqtəsinə həftədə bir sərnişin təyyarəsi uçuşu həyata keçirə bilir. Bu məhdudiyyət ABŞ mülki aviasiya şirkətlərinə də aiddir. Xarici şirkətlərin 3 həftə ərzində Çinə gətirdiyi sərnişinlərin heç birində yeni növ koronavirusa yoluxma aşkarlanmazsa, administrasiya iyunun 8-dən sonra həmin şirkətə həftədə 2 uçuş həyata keçirməyə icazə verəcək.
 
Qeyd edək ki, Tramp administrasiyası Çinin ABŞ şirkətlərinə uçuş icazəsi verməməsinə cavab olaraq, Çin mülki aviasiya daşıyıcılarının Birləşmiş Ştatlara uçuşlarına iyunun 16-dan etibarən qadağa tətbiq etməyə başlayacaq. Bu qərar Çinin ABŞ-a uçuşlar həyata keçirən 3 böyük aviaşirkəti olan "Air China", "China Eastern" və "China Southern"ə, habelə "Xiamen Airlines"ə tətbiq ediləcək.
 
"Bizim əsas məqsədimiz bu vəziyyətin davamlı olması deyil, hər iki tərəfin daşıyıcılarının hüquqlarını tam həyata keçirə biləcəyi yaxşı şəraitin təmin edilməsidir", - deyə ABŞ Nəqliyyat Departamentinin məsələ ilə bağlı açıqlamasında deyilir. Departament Çin tərəfinin müvafiq qərarını dəyişdirəcəyi halda, ABŞ-ın da məsələyə dair mövqeyini yeniləyəcəyini bəyan edib.
 
ABŞ-ın iri mülki aviasiya şirkətlərinin Çinə uçuşların bərpası ilə bağlı müraciətinə Çin tərəfi müsbət cavab verməyib. Bu şirkətlərdən biri olan "Delta Air" ABŞ-ın qərarını dəstəkləyərək, hökumətin onların hüquqlarını qorumaq və ədaləti təmin etmək üçün addımlar atmasını təqdir edib.
 
Pandemiyadan əvvəl iki ölkə arasında həftədə 325 sərnişin təyyarəsi uçuşu həyata keçirilirdi. Hazırda Çin ilə Birləşmiş Ştatlar arasında yalnız Çin şirkətləri tərəfindən həyata keçirilən həftədə cəmi 4 müntəzəm uçuş var. ABŞ şirkətləri pandemiya ilə əlaqədar olaraq martın 12-dən Çinə sərnişin təyyarələrinin uçuşlarını dayandırıb. (AZƏRTAC)
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı