Azərbaycanda yoluxanların sayı niyə artır? - ÜST rəsmisindən CAVAB | Eurasia Diary - ednews.net

4 İyul, Şənbə


Azərbaycanda yoluxanların sayı niyə artır? - ÜST rəsmisindən CAVAB

Dünya A- A A+

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun rəhbəri Hans Klüge Azərbaycan və Qazaxıstanda son günlər koronavirusa yoluxm a hallarının artmasına münasibət bildirib.

EDNews.net  BMT-nin rəsmi saytına istinadən xəbər verir ki, ÜST rəsmisi bunu həmin ölkələrin laborator taktikasını dəyişməsi ilə əlaqələndirib. Hans Klüge laborator testlərin çoxalmasını və keyfiyyətinin artmasını daha çox yoluxanların aşkara çıxarılması ilə birbaşa əlaqələndirib.

“Azərbaycan və Qazaxıstanda daha çox insan burun və boğazdan yaxma üsulu ilə COVİD-19 testi vermək imkanı əldə edib”.

ÜST rəsmisi dünyanın virusun ikinci dalğasından qoruna biləcəyini və bunun üçün sərt karantin addımlarının atılmasaını vacib sayıb. Onun fikrincə, koronavirus poandemiyası ilə bağlı tibbi irəliləyişə hələlik nail olunmayıb. (Modern.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...