Tramp ABŞ qoşunlarını Əfqanıstandan çıxarır | Eurasia Diary - ednews.net

1 Oktyabr, Cümə axşamı


Tramp ABŞ qoşunlarını Əfqanıstandan çıxarır

Dünya A- A A+

ABŞ tezliklə Əfqanıstandakı hərbi kontingentini azaldacaq.

EDNews.net-in məlumatına görə, bunu ölkə Prezidenti Donald Tramp müsahibəsində bildirib.

O bildirib ki, Vaşinqton Əfqanıstandakı qoşunların sayını əvvəlcə 8 minədək, daha sonra isə 4 minədək azaltmağı planlaşdırır.

D.Tramp bu prosesin dəqiq vaxtını açıqlamasa da, tezliklə baş tutacağını deyib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın Dövlət katibi Mayk Pompeo qoşunların 2021-ci ilin mayınadək Əfqanıstandan tam çıxarılmasının planlaşdırıldığını demişdi.(modern.az)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...