İrəvan şəhərinin sabiq meri saxlanıldı - Səbəb | Eurasia Diary - ednews.net

22 Sentyabr, Çərşənbə axşamı


İrəvan şəhərinin sabiq meri saxlanıldı - Səbəb

Dünya A- A A+

İrəvan şəhərinin sabiq meri və İctimai Xidmətlərin Tənzimləmə Komissiyasının sabiq sədri Robert Nazaryan tutulub.

Bu barədə news.am məlumat yayıb.

Bildirilib ki, R. Nazaryan başladılan cinayət işi çərçivəsində tutulub.

Ermənistan Xüsusi İstintaq Xidməti sabiq merin saxlanıldığını təsdiqləyib.

Ermənistan KİV-in məlumatına görə, R. Nazaryandan tutulmazdan əvvəl sabiq prezident Serj Sarkisyanın əleyhinə ifadə vermək tələb olunub. R. Nazaryan isə bundan imtina edib.

Qeyd edək ki, R. Nazaryan 2003-cü ildən 2018-ci ilə qədər İctimai Xidmətlərin Tənzimləmə Komissiyasının sədri vəzifəsində çalışıb. Buna qədər isə iki il paytaxtın meri olub/APA

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...