Bazar ertəsi Serbiya və Kosovo gərgin münasibətlərini normallaşdırmaq üçün Avropa Birliyinin vasitəçiliyi ilə danışıqlara razılaşıblar.
Qeyd edək ki, Kosovo, 2008-ci ildə, Belqradın etnik alban separatçılarının üsyanını yatırmaq üçün əvvəlki ərazilərinə qoşun yeritməsindən təxminən on il sonra Serbiyadan ayrılaraq müstəqilliyini elan edib. Serbiya Kosovonun müstəqilliyini tanımaqdan imtina edib və həmin vaxtdan tərəflər arasında gərginlik artmaqdadır.
Aİ çərçivəsində danışıqlar 2011-ci ilin mart ayında başlayıb və təxminən 30 müqavilə imzalanıb, lakin onların əksəriyyətinə əməl olunmayıb.
Müzakirələr 2018-ci ilin noyabrında dayandırılmışdı və yalnız ABŞ-ın paralel danışıq səylərindən sonra iyul ayında yenidən bərpa olundu.