Parlaq Ermənistan partiyasının rəhbəri Edmon Marukyan Qazprom Ermənistan QSC şirkətində ermənilərin kütləvi işdən azad olunması barəsində öz Facebook səhfəsində paylaşım edib.
Bu barədə Eurasia Diary erməni KİV-ə istinadən xəbər verir.
“Dünən günortadan sonra mən Ermənistan Respublikası Dövlət Xidmətləri Tənzimləmə Komissiyasının rəhbəri Qaregin Bagramyana aşağıdakı məsələ ilə bağlı müaricət ünvanladım: Bizə verilən məlumata görə Qazprom Ermənistan QSC-də çoxlu əməkdaş işdən azad olunub, yaxın vaxtlarda isə həmin şirkətin işçilərinin maaşı da 20% azaldılıb.
Mən komissiya rəhbərindən şirkətdəki qovulmalar və maaşların azalmasının səbəbləri ilə bağlı araşdırma aparmasını xahiş etdim”, deyə Marukyan söyləyib.
Erməni nəşrləri bunun əvvəlcə həmin ailələrə və daha sonra isə dövlətə ciddi təsiri olacağı qeyd olunub.