11 sentyabrda ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) sonra daha bir Körfəz ölkəsi Bəhreynin İsrail ilə münasibətləri normallaşdırmaq üçün razılığa gəldiyini açıqladı.
Eurasia Diary xəbər verir ki, bu barədə Tramp rəsmi Tviter hesabında yazıb.
“Bu gün daha bir mühüm tarixi addım atıldı. İki böyük dostumuz İsrail və Bəhreyn sülh razılaşmasının imzalanması barədə razılığa gəldilər”.
Bəhreynin son bir ayda İsrail ilə barışıq sazişi bağlayan ikinci ərəb ölkəsi olduğunu vurğulayan Tramp, ABŞ, Bəhreyn və İsrailin razılaşma ilə əlaqədar verdiyi bəyannaməni də paylaşıb.
Bundan əlavə, Bəhreyn Kralı Bin İsanın, Trampın dəvəti ilə İsrail və BƏƏ arasında əldə edilmiş razılığın 15 sentyabr tarixində Ağ Evdə keçiriləcək rəsmi imza atma mərasiminə qatılacağı bildirildi.