“Cezeri” adlı Türkiyənin ilk yerli istehsal olan uçan maşını İstanbulda sınaqdan keçirilib.
Eurasia Diary Anadolu Agentliyinə istinadən xəbər verir ki, 230 kiloqram çəkisi olan nəqliyyat vasitəsi 10 meter yüksəkliyə qalxıb.
"Biz daha da inkişaf etdirilmiş prototiplər hazırlayacayıq və uçuşları insan vasitəsi ilə həyata keçirəcəyik”, baş texnoloq Selcuk Bayraktar bildirib.
Bu cür nəqliyyat vasitələrinin yollarda istifadəyə verilməsi üçün 10-15 il zaman lazım olduğu bildirilir.
“Smart maşınlardan sonra avtomobil texnologiyasında növbəti inqilab uçan maşınlardır. Bu perspektivdən baxanda biz bu gününkündən çox sabahın rəqabətinə diqqət yetiririk”, deyə Bayraktar söyləyib.