ABŞ Prezidenti Donald Tramp cümə günü çıxışında iddia edir ki, Rusiya hipersonik (səsdən daha sürətli) raketləri Barak Obama administrasiyası zamanı ABŞ-dan aldıqları məlumatlardan sonra istehsal etməyə başlayıblar.
Eurasia Diary TASS agentliyinə istinadən xəbər verir.
“Onların super-duper-hiperosonik raketləri var. Adi raketlərdən 5 dəfə sürətlidir. Bizdə isə daha da sürətlisi var”.
"Rusiya bu haqda məlumatı (hipersonik raket texnologiyası) Obama administrasiyasından götürüb, Rusiya bunu oğurlayıb. Siz bilirdiniz, siz bunu bilirdiniz. Rusiya məlumatı oğurlayıb və sonra özləri hazırlayıblar”.
Qeyd edək ki, may ayının ortalarında Ağ Evdə çıxışı zamanı Tramp ABŞ-ın raketlərdən 17 dəfə sürətli yeni hipersonik raketlər üzərində işlədiyini deyib.