Rusiya Federasiyasının Ali Məhkəməsi müxalif bloqqer Aleksey Navalnının “Gələcəyin Rusiyası” partiyasını ləğv edib.
Bu barədə Eurasia Diary TASS-a istinadən xəbər verir.
“Məhkəmə Ədliyyə Nazirliyinin "Gələcəyin Rusiyası” partiyası ilə bağlı tələbini qəbul edib”, məhkəmənin mətbuat xidməti qeyd edib.
Bir il bundan əvvəl, Nazirlik Navalnının partiyasını qeydiyyatdan keçirməyi rədd edib. Səbəb olaraq isə bu addan başqa partiyanın istifadə etdiyi göstərilib