Bu gün erməni saytları məhv olmuş Su-25 qırıcı təyyarəsinin qalıqlarının fotolarını paylaşıblar.
Eurasia Diary xəbər verir ki, Ermənistana məxsus bu qırıcı təyyarə dağa çırpılaraq partlayıb.
Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə təyyarələrin sayının iki olduğunu bildirib.
Erməni KİV-lər həlak olan pilotun mayor Valeri Danelin olduğunu söyləyib.