Ən azı iki böyük Avstraliya bankı burada toplanan və hesabları vasitəsilə Ermənistana köçürülən pullarla bağlı araşdırma başlatdı. Bizə kaset bombaları kimi qadağan olunmuş döyüş sursatlarının satın alınmasını təmin edərək insanlığa qarşı cinayətlərə şərik olmaqdan qorxduqları bildirildi.
Avstraliya Türk Vəkillik İttifaqından Eurasia Diary-yə verilən məlumata görə, bu yaxınlarda “Amnesty International” Ermənistan tərəfindən Bərdədə mülki əhaliyə qarşı kaset bombalarından istifadəni təsdiqləyib. Bəzi banklar və digər müvafiq qurumlar çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə öhdəliklərinin pozulub-pozulmadığını araşdırırlar, çünki Avstraliya pullarının yekun olaraq hara çatdırıldığını izləmək demək olar ki, mümkünsüzdür.
Bu barədə əlavə məlumat alınan kimi ətraflı məlumat veriləcək.