Rusiya gələn il S-500 hava hücumundan müdafiə sistemi üzərində işləri yekunlaşdırmağı planlaşdırır.
Eurasia Diary TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Aerokosmik Qüvvələrinin baş komandanının müavini general-leytenant Andrey Yudin məlumat paylaşıb.
"Qeyd edək ki, S-500 mobil hava hücumundan müdafiə və ballistik raket kompleksinin hazırlanması üzrə işlərin 2021-ci ildə başa çatdırılması planlaşdırılır" general deyib.
Xatırladaq ki, daha əvvəl S-500 sisteminin elementlərinin hazır olduğu bildirilirdi. Yeni sistem hədəfi 481.2 km məsafədən məhv edə bilir və ya hazırkı S-400 ilə müqayisədə 80 km uzaq.