Anna Akopyanın saç ustası onu oğurluqda ittiham etdi - VİDEO | Eurasia Diary - ednews.net

18 Yanvar, Bazar ertəsi


Anna Akopyanın saç ustası onu oğurluqda ittiham etdi - VİDEO

Dünya A- A A+

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın saç ustası Sofya Xudoyan ona qarşı sərt ittihamlar səsləndirib. 

Eurasia Diary xəbər verir ki, ittihamçı Akopyandan zinət əşyalarını qaytarmağı və sifariş etdiyi geyimlərin pulunu verməyi tələb edib.

Sofya Xudoyan bildirib ki, sosial şəbəkələrdə bununla bağlı paylaşımları Anna Akopyan tərəfindən sildirilir.

“Silmə, sən oyanana qədər mən dəfələrlə yazacam, Anna. Əgər şərəfin varsa, zəng edin, zinət əşyalarımı qaytarın, sifariş etdiyin geyimlərin pulunu verin. Bu, utancvericidir. Silməyin”.

Saç ustası yazıb ki, Annanın bu çirkin hərəkəti böyük səs-küyə səbəb olub. Lakin onun yazdığı statuslar hər dəfə olduğu kimi, yenə də silinəcək.(Baku TV)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...