Bütün həssas mövzularda qarşılıqlı qəbul edilən həll yollarının tapılması olduqca vacibdir, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya dövlətlərarası komissiyasında çıxışı zamanı söyləyib.
Eurasia Diary erməni KİV-lərə istinadən xəbər verir ki, Paşinyan sərnişin daşınması və Ermənistan vətəndaşları üçün bir sıra Avrasiya İqtisadi Birliyi ölkələrinə giriş qadağasının qaldırılması məsələsinin prioritet olaraq qaldığını vurğulayıb.
O, bu ilin Ermənistan üçün xüsusilə ağır olduğunu, ancaq ölkəsinin AİB daxilindəki proseslərdə iştirak tempini azaltmadığını söyləyib.
“Bu günlərdə dostlarımızın dəstəyini tamamilə hiss etdik. Bu il ərzində xalqımızın üzləşdiyi pandemiya ilə mübarizə və çətinliklərin öhdəsindən gəlməsində Rusiyanın əvəzsiz dəstəyinə görə təşəkkür edirik. Ermənistanın Avrasiya inteqrasiyasının gələcək irəliləməsi üçün fəal əməkdaşlığa hazır olduğunu bildiririk", Paşinyan deyib.