Bayden bir sıra rəhbər vəzifələrə müvəqqəti təyinatlar edib | Eurasia Diary - ednews.net

2 Mart, Çərşənbə axşamı


Bayden bir sıra rəhbər vəzifələrə müvəqqəti təyinatlar edib

Dünya A- A A+

ABŞ Prezidenti Co Bayden bir sıra rəhbər vəzifələrə müvəqqəti təyinatlar edib.

Eurasia Diary-nin Ağ Evin saytına istinadən verdiyi xəbərə görə, C. Baydenin irəli sürdüyü namizədlər Konqres tərəfindən təsdiqlənənə qədər bu şəxslər federal agentliklərə rəhbərlik edəcək.

Bildirilib ki, bu təyinatların sayı 34-dür.

Prezident C. Baydenin qərarına əsasən, Mərkəzi Kəşfiyyat İdarəsinə Devid Kohen, İstehlakçıların Maliyyə Müdafiəsi Bürosuna Deyv Uexio, Kənd Təsərrüfatı Nazirliyinə Kevin Şe, Ticarət Nazirliyinə Vayn Koqqins, Müdafiə Nazirliyinə Devid Norquist, Təhsil Nazirliyinə Fil Rozenfelt, Enerji Nazirliyinə Devid Huizenqa, Milli Təhlükəsizlik Departamentinə Devid Pekoske və Daxili İşlər Nazirliyinə Skott de la Veqa rəhbərlik edəcəklər.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...