Ermənistanda siyasi böhran davam edir - Müxalifət tərəfdarları hökumət binasına soxulublar | Eurasia Diary - ednews.net

23 Aprel, Cümə


Ermənistanda siyasi böhran davam edir - Müxalifət tərəfdarları hökumət binasına soxulublar

Dünya A- A A+

Ermənistanda müxalifət tərəfdarları paytaxt İrəvanın mərkəzində yerləşən hökumət binasına soxulublar.

Bu barədə “RİA Novosti”nin hadisə yerində olan əməkdaşı məlumat verib.

Hökumət binasında bir neçə nazirliyin ofisi yerləşir.

Müxalifət tərəfdarları birinci mərtəbənin foyesində aksiya keçirərək nazirliklərin əməkdaşlarından Baş nazir Nikol Paşinyanın tərəfdarlarının mitinqində iştirak etməməyi tələb ediblər.

Etirazçılar Baş nazirin istefasına dair şüarlar səsləndirdikdən sonra hökumət binasını tərk ediblər.

“Biz aksiyamızı başa çatdırırıq. Məqsədimiz istənilən nazirliyə girə biləcəyimizi göstərmək idi”, - deyə aksiya iştirakçılarından biri bildirib.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...