Ermənistan Baş naziri Nikol Paşinyan və prezident Armen Sarkisyan arasında görüş keçirilib.
Ermənistan KİV-ə verilən məlumata görə, görüşdə əsas müzakirə mövzusu baş qərargah rəisi Onik Qasparyanın işdən çıxarılması barədə qərarın imzalanması məsələsi olub. Həmçinin siyasi böhrandan çıxış yolları müzakirə olunub.
Təfərrüatların Paşinyan tərəfindən açıqlanacağı deyilir.
Sarkisyanın ofisi isə Baş Qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi barədə razılıq əldə olunmasını təkzib edib.