Ermənistan müxalifətinin "Vətənin Qurtuluşu" hərəkatı bu gün yerli vaxtla saat 16:00-da Yerevanın mərkəzindəki Baqramyan prospektində növbəti etiraz aksiyası keçirəcək.
Eurasia Diary Report-a istinadən xəbər verir ki, bu barədə hərəkatın koordinatoru İşxan Saqatelyan məlumat verib.
"Ordunun və respublikanın prezidentə təzyiqi davam edir. Bizim dəstəyimiz çox güclüdür.
Varlığımız, qətiyyətimiz, möhkəmliyimizlə nəticələr əldə edirik. Baqramyan prospekti mübarizə meydanımızdır, bura evimiz, səngərimizdir. Bu, qorumalı olduğumuz səngərdir. Ermənistanın siyasi gündəliyi burdan diktə edilir”, - İşxan Saqatelyan vurğulayıb.
Qeyd edək ki, Ermənistanda baş nazir Nikol Paşinyan və onun hakimiyyət komandası əleyhinə aksiyalar artıq bir neçə aydır davam edir.