Gürcüstan və Türkiyə XİN başçıları bu gün görüşəcək | Eurasia Diary - ednews.net

19 Aprel, Bazar ertəsi


Gürcüstan və Türkiyə XİN başçıları bu gün görüşəcək

Dünya A- A A+

Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Türkiyəyə bu gün rəsmi səfər edəcək.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. D.Zalkaliani səfər çərçivəsində Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ilə təkbətək və geniş tərkibdə görüş keçirəcək. Görüşlərdən sonra nazirlər mətbuata birgə bəyanatla çıxış edəcəklər.

Gürcü nazirin Türkiyənin vitse-prezidenti Fuat Oktayla da görüşü planlaşdırılıb. D.Zalkaliani Ankarada Mustafa Kamal Atatürkün məzarını da ziyarət edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...